USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xorvatiyalı nazir: "Bizi Azərbaycanla inkişaf yolu birləşdirir"

29.04.2019 İqtisadiyyat
0 0
“Bizi Azərbaycanla eyni yol birləşdirir, bu, inkişaf yoludur”.

"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan – Xorvatiya biznes forumunda Xorvatiya Baş Nazirinin müavini, Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç bildirib.

"Bura gələn hər kəs ölkənin inkişafına şahid olur. Bizi eyni yol birləşdirir, bu, inkişaf yoludur. Azərbaycanın inkişaf etdiyini görür və dəstəkləyirik", – xorvatiyalı nazir deyib.

O, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini söyləyib: "2013-cü ildə strateji tərəfdaşlıqla bağlı sənəd imzalamışıq. Bundan əlavə, aramızda iqtisadi əməkdaşlıq barədə də sənəd imzalanıb. Bugünkü forumda Xorvatiya Ticarət Palatası da iştirak edir. İqtisadiyyatın, biznesin bütün sahələri burada təmsil olunub".

Nazir hər iki hökumət tərəfindən işgüzar dairələrin bu cür təşəbbüslərini dəstəkləməsini iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafına mühüm təkan verdiyini diqqətə çatdırıb.

M.Peyçinoviç Buriç, həmçinin, son illər iqtisadiyyatına qoyulan sərmayələrin 32 milyard dollara çatdığı Xorvatiyada əlverişli sahibkarlıq mühitinin bərqərar olduğunu vurğulayıb.

Report