USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qazprom"un satış gəliri 25 faiz artıb

29.04.2019 İqtisadiyyat
0 0
Rusiyanın "Qazprom" şirkətinin xalis mənfəəti 2018-ci ildə bir əvvəlki ilə müqayisədə təxminən iki dəfə artaraq 1 trilyon 456 milyard rubla (təxminən 22,5 milyard dollar) yüksəlib.

"Kommersant.az" xəbər verir ki, "Qazprom"dan verilən məlumata görə, şirkətin keçən il satış gəliri 2017-ci illə müqayisədə 25,5 faiz artaraq 8,2 trilyon rubl təşkil edib.

"Qazprom"un xalis mənfəəti isə ötən il əvvəlki illə müqayisədə iki dəfə artaraq 1 trilyon 456 milyard rubla yüksəlib. Şirkətin 2017-də xalis mənfəəti 714,3 milyard rubl təşkil etmişdi.

Dünyanın ən böyük təbii qaz istehsalçısı olan "Qazprom", Avropanın təbii qaz ehtiyacının təxminən 30%-ni ödəyir. Şirkətin 2019-da sektora 2 trilyon rublluq investisiya yatıracağı gözlənilir.

Marja