USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin yanvar-mart aylarında sənaye istehsalı 3,5% artıb

02.05.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 9,8 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin verdiyi məlumata görə, sənaye məhsulunun 82,5%-i mədənçıxarma, 15,4%-iemal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,4% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8%təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 275,5 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 45,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

  • Əvvəlki

    Azərbaycanda "İnnovasiyalar Evi" tikiləcək

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0