Bu il aprel ayında Gürcüstan Azərbaycandan 177 mln. kubmetr təbii qaz idxal edib.
"Kommersant.az" xəbər verir ki, bu barədə qonşu ölkənin builki təbii qaz balansında bildirilir.
Ötən ay Gürcüstanın aldığı qazın 97%-i Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Şahdəniz" Konsorsiumunun, dolayısı ilə Azərbaycanın payına düşüb.
Hesabat ayında Gürcüstan Rusiyadan cəmi 6 mln. kub metr qaz alıb ki, bu da aylıq "mavi yanacaq" istehlakının təxminən 3%-ni təşkil edib. Bu, 2017-ci ilin dekabr ayından bəri Gürcüstanın Rusiyadan ilk qaz idxalı olub. 2019-cu il üzrə təbii qaz balansı layihəsinə əsasən, qonşu ölkənin bu ilin sonuna qədər Rusiyadan qaz alması nəzərdə tutulmayıb.