USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sevinc Həsənova: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin 62%-nə nail olub”

02.05.2019 İqtisadiyyat
0 0
“Bu ilin sonunda Azərbaycan Nyu-Yorkda (ABŞ) keçiriləcək yüksək səviyyəli forumda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına dair hesabat təqdim edəcək”.

"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması" mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, hesabatın təqdim edilməsində məqsəd aparılan işləri nəzarətdə saxlamaqdan ibarətdir: "Biz az sayda ölkələrdənik ki, könüllü şəkildə 2017-ci ildə BMT-ə hesabatı təqdim etmişik. Məqsədlərdən bir çoxuna artıq Azərbaycan nail olub. Hazırda Azərbaycanda yoxsulluq 5% təşkil edir. Bu, bəzi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır. Hazırda Azərbaycan höküməti DİM-in milliləşdirilməsi prosesindədir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən hər il hesabatları hazırlayır və ölkə başçısına təqdim edir. Bu bizim 2030-cu ilə ölkənin inkişaf yolunu göstərir və bələdçi rolunu oynayır. Azərbaycanda yeni strategiya üzərində işləyirik. Gələn il "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasını yekunlaşdıracağıq və daha sonra növbəti 10 illik proqramın hazırlanmasını fikirləşəcəyik".

S.Həsənovanın sözlərinə görə, təqdim edilən hesabatda ölkəmizin milli inkişaf gündəliyi, konsepsiyaları, DİM-in 62%-ni əhatə etməsinə dair məlumatlar yer alıb: "Qalan 38%-i isə 2030-cu ilə qədər planlarımızda əhatə etməyə nəzərdə tuturuq. Biz bunu beynəlxalq təşkilatlarla etmək niyyətindəyik. Biz yarım illik DİM-ə nail olunması forumunu Azərbaycanda təşkil edəcəyik, orada bütün ölkələr öz planlarını, təcrübələrini bölüşmək imkanlarını əldə edəcəklər".

Report

  • Əvvəlki

    Türkiyə Mərkəzi Bankının ehtiyatları azalıb

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0