USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xəzər-Lada”nın səhmdarlarının sayı artıb

03.05.2019 İqtisadiyyat
0 0
“Xəzər-Lada” ASC-nin səhmlərinin 12,2%-nə nəzarət edən Naməddin Qasımzadə payını 12,6%-ə çatdırıb.

Bu barədə şirkətin maliyyə hesabatına bildirilib.

Sənədə əsasən, əvəzində "Xəzər-Lada"da fiziki şəxslərin payı 8,6%-dən 8,2%-ə enib.

Digər səhmdarlar – Aleksandr Nikiforov, Lyudmila Nazarenko və Fəxrəddin Qasımzadənin payı isə dəyişməyərək müvafiq olaraq 30%, 29,8% və 19,4% qalıb.

Daha bir yenilik isə şirkətin səhmdarlarının sayının 1 nəfər artaraq 151-ə çatmasıdır. Artım minorotar səhmdarlarının hesabına baş verib.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır.

  • Əvvəlki

    Şirkətlərin nizamnamə kapitalındakı dəyişikliyə dair yeni prosedur belə olacaq

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0