USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏHALİYƏ ŞAD XƏBƏR: “Azəriqaz” borclarla bağlı kütləvi bildirişləri dayandırdı

03.05.2019 İqtisadiyyat
0 0
"Azəriqaz” təbii qazdan qanunsuz istifadə ilə bağlı dəymiş ziyanın hesablanması üçün Energetika Nazirliyi ilə birlikdə təkliflər hazırlayacaq.

"Kommersant.az", bu barədə "Azəriqaz"ın rəhbəri Əkbər Hacıyev bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Energetika Nazirliyi ilə birgə təkliflər hazırlayıb aiddiyyəti üzrə təqdim edəcəklər.

Ə.Hacıyevin sözlərinə görə, təkliflər hazır olana qədər təbii qazdan qanunsuz istifadə ilə bağlı əhaliyə göndərilən kütləvi bildirişlər dayandırılıb: "Biz müştərilərlə daha səmərəli işləmək üçün ASAN xidmət və ASAN komunalla daha sıx əməkdaşlıq edəcəyik".

Ə.Hacıyev deyib ki, "Azəriqaz"ın bəzi əməkdaşlarının vətəndaşların sadəlövhlüyündən şəxsi maraqları üçün istifadə etmələrini qətiyyətlə qınayır: "Belə halların müəyyən edilməsi və təqsirkar şəxslərin cəzalandırılması barədə ciddi tədbirlər görüləcək".

Bakupost.az

  • Əvvəlki

    Əkbər Hacıyev: “Prezidentin “Azəriqaz”la bağlı bildirdiyi iradlar qısa zamanda aradan qaldırılacaq”

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0