USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib

06.05.2019 İqtisadiyyat
0 0
Bu gün Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti də bu əlaqələrin inkişafına xüsusi diqqət göstərir.

Bunu Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın "Fuji Optical" şirkətinin məcburi köçkünlərin görmə qabiliyyətinin yaxşılaşdırılmasında Azərbaycana yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə inkişaf edib, bu gün dünya ölkələrinin diqqəti ölkəmizə yönəlib.

Ə.Həsənov qeyd edib ki, "Fuji Optical" şirkəti Azərbaycan hökumətinin razılığı ilə 2005-ci ildən məcburi köçkünlərin və aztəminatlı insanların görmə qabiliyyətinin yaxşılaşdırılması üçün təmənnasız müayinələr aparır:

"1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin dəstəyi ilə humanitar təşkilatlar ölkəmizə gəlməsəydi, Azərbaycanda humanitar böhran olardı. Yaponiya tərəfindən Azərbaycanda çox sayda humanitar layihələr həyata keçirilib. Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib".

Baş nazirin müavini yapon xalqının yüksək mədəniyyətə sahib olduğunu da söyləyib.

Trend

  • Əvvəlki

    “Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 112 400-dən çox istehlakçıya xidmət edib

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0