USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə lirəsi ucuzlaşmağa davam edir

09.05.2019 İqtisadiyyat
0 0
Dollar/TL (Türk Lirəsi) məzənnəsi 6.24 lirə ilə Sentyabr ayından bəri ən yüksək səviyyəyə qalxıb, Avro 11 Oktyabrdan bu yana ilk dəfə 7 səviyyəsini aşıb.

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbulda təkrar seçki keçirilməsi barədə qərarı ilə 6 səviyyəsini keçən məzənnə üzərindəki təzyiq davam edir.

"Kommersant.az" xəbər verir ki, dünən 6.20 həddinə qalxan Dollar/TL məzənnəsi bu gün 6.2457 səviyyəsini test edib. Bu, 24 Sentyabrdan bəri ən yüksək səviyyədir. Avro 6.91-dən 7 səviyyəsinə qalxıb.

Türkiyə Mərkəzi Bankı 1 həftəlik repo tenderlərinə bir müddət fasilə verdiyini açıqlayıb. Bunun təsiri ilə məzənnə 6.22 səviyyələrinə qədər enib. Bakı vaxtı ilə saat 14:45-də Dollar/TL məzənnəsi 0,6% artımla 6.2229 səviyyəsində olub.

Marja

  • Əvvəlki

    Səfər Mehdiyev Türkmənistan Dövlət Gömrük Xidməti nümayəndə heyəti ilə görüşüb

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0