USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İspaniya şirkəti Azərbaycanda keçirilmiş tenderin qalibi oldu

14.05.2019 İqtisadiyyat
0 0
İspaniyanın “JV TPF Getinsa Eurorestudios – Auxitec Tecnica V Control” birgə müəssisəsi Bakı – Böyük Kəsik dəmir yolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı keçirilmiş açıq tenderin qalibi olub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) xəbər verir.

Məlumata görə, bu məqsədlə adı çəkilən xarici şirkətlə 8,261 milyon avro (9,277 milyon ABŞ dolları) məbləğində əsas və 0,236 milyon dolar məbləğində əlavə satınalma müqavilələri bağlanılıb. Beləliklə, ADY İspaniya şirkətindən 9,513 milyon dollarlıq məsləhət alacaq.