USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahibkardan 30 min tələb edən azərbaycanlıya 9 il iş verildi

15.05.2019 İqtisadiyyat
0 0
Volqoqrad Regional Məhkəməsi Dzerjinsky rayonundakı topdansatış bazarında işləmək üçün sahibkardan 30 min rubl tələb edən Vüqar Əsədovla bağlı yekun qərar qəbul edib.

"Kommersant.az" "Novosti Volgograd.ru" saytına istinadən xəbər verir ki, cinayət hadisələri 2011, 2012 və 2017-ci illərdə baş verib.

Məlumata görə, 39 yaşlı Əsədov rədd cavabı aldıqda adamları ilə həmin sahibkara qarşı silahlı hücum edərək onu döyüblər.

O, məhkəmədə özünü təqsirli bilməyib. V. Əsədov zərərçəkmişi uzun müddətdir tanıdığını, aralarında düşmən əlaqələri olduğunu, münaqişənin yalnız yerli bazarda ticarət hüququ üçün yarandığını bildirib.

Dzerjinsk rayon məhkəməsinin qərarına əsasən, Əsədov qəsb və oğurluğa görə cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərtilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

  • Əvvəlki

    Azərbaycan bazarına 2 yeni BOKT daxil olur

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0