USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əhmədov: Son iki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb

15.05.2019 İqtisadiyyat
0 0
Son iki ildə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində 250 minə yaxın iş yeri leqallaşıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 milyon manata qədər artıb.

"Kommersant.az"-ın məlumatına görə, bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Ə.Əhmədov bildirib ki, bu, pensiya sisteminin dayanıqlığına bir töhfədir və eyni zamanda özəl sektorda çalışan insanların gələcəkdə etibarlı pensiya sistemi ilə təmin olunması üçün əhəmiyyəti töhfə sayıla bilər.