USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir: Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub

15.05.2019 İqtisadiyyat
0 0
2019-cu ilin birinci rübündə Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil edir və bu tendensiya ilin sonunadək davam edəcək.

"Kommersant.az"-ın məlumatına görə, Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda "Caspian Agro 2019" sərgisinin açılışında deyib.

Nazir bu sahədə innovasiyaların tətbiqinin və qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Sərgi barədə danışan İ.Kərimov qeyd edib ki, bu tədbir fermerlərə kənd təsərrüfatı sahəsində ən son yeniliklərlə tanış olmağa imkan verəcək.