Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyinin nəzdində Tikilən Baki Beynəlxalq Dəniz Ticarət Limani Kompleksinin Müdiriyyəti ləğv olunduğunu elan edib.
"Kommersant.az" xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Məlumata əsasən, Qurumun hüquqi ünvanı Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi 84, Hökumət evi, otaq 435 ünvanında yerləşir.
Xatırladaq ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bu qurumun yaradılması təsdiqlənmişdi.