USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Amazon” şirkəti emosiyaları tanıyan qurğu hazırlayır

24.05.2019 İqtisadiyyat
0 0
“Amazon” şirkəti insan emosiyalarını müəyyənləşdirən səsli aktivasiyaya malik daşınan qurğu hazırlayır.

"Kommersant.az" xəbər verir ki, layihə smartfon əlavəsinə məlumatlar göndərəcək qola taxılan qurğunu nəzərdə tutur. Mikrofonlar və xüsusi proqram təminatı ilə təchiz edilən qurğu istifadəçinin səs tonuna görə onun emosional vəziyyətini müəyyənləşdirəcək və digər insanlarla daha effektiv ünsiyyət qurmaq üçün tövsiyələr verəcək.

Məlumata görə, "Lab126" şirkəti tərəfindən ərsəyə gətirilən yeni qurğunun inkişafı ilə "Alexa" səsli köməkçi funksiyası üçün proqram təminatı hazırlayan mütəxəssislər qrupu məşğul olur.

"Dylan" kod adlı layihə hazırda beta test mərhələsindədir.

Texnologiyanın inkişafı və qurğunun kommersiya istifadəsinə verilmə müddəti barədə məlumat verilmir.

ICTnews

  • Əvvəlki

    “Apple” 9 il ardıcıl olaraq dünyanın ən bahalı brendi oldu

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0