USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən zərərli siqaret növünün adı açıqlandı

27.05.2019 İqtisadiyyat
0 0
Cənubi Karolina Universitetində orqanizm üçün ən zərərli siqaret növünü müəyyənləşdirməyə çalışıblar. Bu qənaətə gəliblər ki, filtrsiz siqaretlər ən təhlükəlisidir.

"Kommersant.az" xəbər verir ki, universitetin əməkdaşları bu halda ağciyər xərçəngi riskinin iki dəfə artdığını bildirirlər. Ümumiyyətlə, statistikaya görə, ağciyər xərçəngi hallarının 90 faizi siqaretlə bağlı olur. Hətta filtr və ya mentol əlavə olunması da riski azaltmır. Həkimlər xəbərdarlıq edir: heç ultra yüngül siqaretlər də təhlükəsiz deyil.

Amerikalı tədqiqatçılar 55-74 yaş arası 30 ildən çoxdur siqaret çəkən 14 min adamın nəticələrinə görə fikir yürüdüblər. Məlum olub ki, filtrsiz çəkənlərdə xərçəng riski digərlərindən 40 faiz çoxdur. Belədə erkən ölümlərin risk faizi 30 olub.