USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xalidə Bayramova vəzifələrindən birini itirdi - FOTO

27.05.2019 İqtisadiyyat
0 0
Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

"Kommersant.az"-ın məlumatına görə, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavin Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.

Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.

Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.