USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Əməliyyatçı 2000, poçt rəisi 10 000…” - “Azərpoçt”da ştatlar SATIŞA ÇIXARILIB

27.05.2019 İqtisadiyyat
0 0
Artıq bir ilə yaxındır “Azərpoçt” MMC-də islahatlar adı altında neçə ilin təcrübəli əməkdaşları işdən uzaqlaşdırılır.

"Kommersant.az" xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən rabitəçilərdən biri "AzPolitika.info"-ya göndərdiyi məktubda söhbət açıb.

Onun yazdığına görə, 2018-ci ilin aprel ayında Emin Əfəndiyev "Azərpoçt" MMC- yə Baş Direktor təyin olunandan sonra bu prosesə start verilib:

"Həmin vaxtdan"Azərpoçt" əməlli-başlı bazara çevrilib. Sanki, "Azərpoçt" MMC Rabitə Nazirliyi tərəfindən E.Əfəndiyevə icarəyə verilib. E.Əfəndiyev "Azərpoçt"u özünün şəxsi şirkəti kımi idarə edir. Özlərinin maaşı 850-2500 manat arası dəyişdiyi halda, onlara gəlir gətirən zavallı poçt işçisinin maaşı 184 manatdan o yana keçmir".

Şikayətçi bildirir ki, maaşlarının az olması bir yana, himayəsi olmayanları qanunsuz olaraq işdən çıxarırlar:

""Azərpoçt" MMC-də poçt işçilərinə 2-ci sort işçilər kimi baxırlar. İnsan resursları şöbəsi vasitəsilə islahatlar adı altında neçə ilin işçilərini şərləyib işdən kənarlaşdırırlar. Sonra da həmin ştatları başqalarına satırlar. Kimin adamı, pulu var, ixtisara düşən kimi başqa bir ştatda işlə təmin olunur. Buna görə də Poçt Şöbələrində hətta poçtalyonlar əməliyyatçılıq edir".

Məktubda işçilərin ixtisara salınaraq, ştatların şatışa çıxarılması işlərində Emin Əfəndiyevə insan resursları şöbəsinin inspektoru Pərviz Budaqovun yardım etdiyi bildirilir. Onun isə "Rabitə işi"nə görə həbs olunan, bu yaxınlarda azadlığa çıxan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun qohumu olduğu vurğulanır.

Şikayətçi "Azərpoçt" MMC-də ştatların neçəyə şatışa çıxarıldığını da yazıb: "Məsələn, bir əməliyyatçı ştatı üçün 1500-2000 arası pul tələb olunur. Poşt rəisi, yerindən asılı olaraq, 5000-10 000 arası dəyişir və sair…".

Qeyd olunanlarla bağlı Rabitə Nazirliyinin rəhbərliyinə məlumat verilsə də, heç bir tədbir görülmədiyi də qeyd olunur:

"Təəssüf ki, bu barədə yuxarı instansiyalara məlumat verilsə də, heç bir tədbir görülmür. Bu isə onların daha da azğınlaşmasına səbəb olur. Rabitə naziri Ramin Quluzadənin rayonlarda vətəndaşlarla görüşü formal xarakter daşıyır. Ad olsun ki, nazir vətəndaşlarla görüş keçirir. R.Quluzadəyə heç bir rabitəçinin problemi maraqlı deyil. İndiyə kimi bir rabitəçinin şikayəti obyektiv həllini tapmayıb…".

Şikayətçi baş verənləri ictimailəşdirməklə, ölkə rəhbərliyinin diqqətini rabitəçilərin problemlərinə cəlb etmək istədiyini bildirir.

Qeyd olunanlarla bağlı, "Azərpoçt" MMC ilə əlaqə saxladıq. Oradan şikayətçinin iddialarını dinlədikdən sonra bildirdilər ki, suallarımıza cavab almaq üçün Nəqliyyat, Rabitə və və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə müraciət edək. Mətbuat xidmətinə etdiyimiz zənglər isə cavabsız qaldı.

Binunla belə "Azərpoçt" MMC-nin rəhbərliyinin, o cümlədən məktubda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Demokrat

  • Əvvəlki

    İran 1 ayda Azərbaycana 20 milyon dollarlıq məhsul ixrac edib

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0