USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradıldı

27.05.2019 İqtisadiyyat
0 0
Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.

"Kommersant.az" xəbər verir ki, bu gün bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş ilə iqtisadiyyatı nazirinin müavini Sahib Məmmədov açıb. O, ölkədə 30-a yaxın bu cür assosiasiyanın fəaliyyət göstərdiyini, təmsil etdiyi qurumun taxılçılıq sahəsində fəaliyyət göstərən sahibkarları da dəstəklədiyini, ölkədə taxılçılığın inkişafı üçün assosiasiyanın yaradılmasının vacibliyini bildirib.

Bundan başqa, nazir müavininin sözlərinə görə, indiyə qədər Azərbaycanda 50-yə yaxın iri fermer təsərrüfatı yaradılıb: "Bu təsərrüfatlardan 24-nə 162. mln manat güzəştli kredit verilib".

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov çıxış edib. O, bildirib ki, yaxın vaxtlarda ölkədə daha 3 yeni assosiasiyanın yaradılması planlaşdırılır.

Tədbir çərçivəsində Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının nizamnaməsi qəbul edilib.

  • Əvvəlki

    Dolu bazarda qiymətləri - BAHALAŞDIRACAQ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0