Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 3 273 manata bərabər olub.
"Kommersant.az" açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, mədənçıxarma sənayesinin qeyri-dövlət sektorunda orta aylıq əmək haqqı 4 452 manat, dövlət sektorunda isə orta aylıq əmək haqqı 1 415 manat olub.
Məlumat üçün bildirək ki, mədənçıxarma sənayesində qeydə alınan orta aylıq əmək haqqı Nazirlər Kabineti üzvlərinin əmək haqqından yüksəkdir.
Qeyd edək ki, hazırda Azərbaycanda baş nazir 2 460 manat, baş nazirin birinci müavini 2 160 manat, baş nazirin müavini 2 060 manat, Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi isə 1 925 manat təşkil edir.