2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi müraciət yayıb.
İdarədən "Kommersant.az"-a bildirilib ki, oyunla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur.