29 may tarixində Rusiyanın Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü (AMOR) və "Avropa Hüquq Xidməti"-nin dəstəyi ilə, Rusiya Federasiyasının ərazisində yaşayan azərbaycanlı gənclərin nümayəndələri və onların ailə üzvləri üçün Azərbaycan Respublikasının qanunvericiliyinə dair Pulsuz Hüquqi Məsləhət Günü keçiriləcək.
Tədbir Azərbaycan Respublikasında mayın 28-də qeyd olunan Respublika gününə həsr olunur.
Aksiya çərçivəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşları, eyni zamanda Azərbaycan və Rusiyanın ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə dair birdəfəlik pulsuz hüquqi məsləhət xidmətindən (sahibkarlıq fəaliyyəti, biznesin və hüquqi şəxslərin müşaiyətinə dair suallar istisna olmaqla) yararlana biləcəklər.
Xidmət Bakı vaxtı ilə saat 09:00-dan 21:00 kimi Azərbaycan və rus dillərində göstəriləcək.
Məsləhətdən istifadə etmək üçün, "Avropa Hüquq Xidməti"-nin qaynar xəttinə zəng edib "AMOR" promokodunu təqdim etmək kifayətdir.
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazilərindən edilən zənglər ödənişsizdir. Əlavə araşdırılması tələb olunan hüquqi suallara dair məsləhətlər vətəndaşın müraciət etdiyi andan etibarən 24 saat ərzində verilir.
Rusiya Federasiyasından edilən zənglər üçün qaynar xətt: 8 800 333 09 01;
Azərbaycan Respublikasından edilən zənglər üçün qaynar xətt: 088 800 23 23.