USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azəriqaz" Sumqayıtda yeni massivi qazlaşdırma işlərini aparır

29.05.2019 İqtisadiyyat
0 0
“Azəriqaz”İstehsalat Birliyi ötən illərdə olduğu kimi bu ildə qazlaşma işləri rayonlarla yanaşı Sumqayıt kimi böyük şəhərlərin genişlənən hissələrində davam etdirilir.
"Azəriqaz"dan verilən məlumata görə, hazırda Sumqayıt şəhərinin qaz təchizatı yenilənir, yeni "smart" tipli sayğaclar quraşdırılır, köhnə qaz xəttləri yeniləri ilə əvəz edilir. Eyni zamanda şəhərin Sumqayıtçay adlanan hissəsinin qazlaşdırılması işləri aparılır. Ümumilikdə 175 mənzilin olduğu ərazinin qazlaşdırılması üçün 6 000 metrə yaxın müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub ki,artıq işlərin 85%-i yerinə yetirilib. Bundan başqa, şəhərin Yeni Sumqayıt adlanan yaşayış massivinin cari ildə qazla təmin olunması üçün layihələndirmə işləri aparılır. Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaq. Əhalinin təhlükəsiz və itkisiz mavi yanacaqla təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması məqsədilə görülən tədbirlər Sumqayıt sakinlərinin də ürəyincə olub.
  • Əvvəlki

    TANAP-la bu il 3 mlrd. kubmetrə yaxın qaz nəql olunacaq

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0