USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran ABŞ-la danışıqlar üçün şərtləri açıqladı

29.05.2019 İqtisadiyyat
0 0
İran ABŞ yalnız Tehrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırıb, nüvə sazişi üzrə öhdəliklərinin icrasını davam etdirəcəyi təqdirdə Vaşinqtonla danışıqlar barədə düşünə bilər.

"Kommersant.az" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

"Danışıqlar üçün qapılar bağlı deyil. ABŞ sanksiyaları ləğv etməli və razılaşmaları yerinə yetirməlidir", - deyə Ruhani bildirib.

Bundan əvvəl Donald Tramp (mayın 27-də) İslam Respublikasının danışıqların aparılması istəyini ifadə edəcəyi təqdirdə, Vaşinqtonun Tehranla danışıqlar prosesinə razılaşacağını dilə gətirmişdi. O, "qorxulu şeylərin baş verməsini" hamıdan az arzuladığını bildirmişdi.

Mayın 26-da İraq XİN rəhbəri Məhəmməd Əli Əl-Hakim iranlı həmkarı Cavad Zərifə Birləşmiş Ştatlarla İran arasında danışıqlara vasitəçilik etməyi təklif etmişdi.

  • Əvvəlki

    “Palmali”nin “Rəsulzadə” gəmisinin ilk görüntüləri yayıldı - VİDEO/FOTO

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0