USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda turizm sektoruna nə qədər güzəştli kredit ayrılıb?

03.06.2019 İqtisadiyyat
0 0
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği açıqlanıb.
Bu günə qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu turizm sahəsində fəaliyyət göstərən sahibkarlara 45,5 milyon manat güzəştli kredit verib. "Kommersant.az" xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda konfransda bildirilib. Onun sözlərinə görə, bu kreditlər 200-dən çox sahibkarlıq subyektinə verilib. "Azərbaycana gələn turistlərin sayı artır. Son illər ölkədə keçirilən beynəlxalq tədbirlər, idman yarışları buranı xaricilər üçün daha da cəlbedici edib", - S.Məmmədov deyib. Report