USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“SpaceX” qiymətinə görə “Tesla” nı geridə qoydu

03.06.2019 İqtisadiyyat
0 0
“SpaceX” orbitə 2019-cu ildə 1 milyard dollar sərmayə cəlb etmiş 60 dənə Starlink peykini buraxıb. Bu gün “SpaceX” 33,3 milyard dollar dəyərində qiymətləndirilir, bu haqda CNBC məlumat verir. “Tesla” səhmləri bu il 40%-dən çox düşərək 200 dollar səviyyəsindən aşağı düşüb.
"Kommersant.az" xəbər verir ki, Cümə günü keçirilən hərraclarda "Tesla" nın bazar kapitallaşması 32,8 milyard dollar təşkil edib. İlon Maskın "SpaceX" kosmik şirkəti qiymətinə görə "Tesla" avtomobil istehsalçısını keçib. Hal-hazırda İlon Mask hər iki şirkətin baş icraçı direktorudur. O, "SpaceX" şirkətinin 54%-nə, "Tesla" nın isə 20%-nə sahibdir. Avtomobil istehsalçısı xərcləri optimallaşdırmaq üçün mübarizə aparır və öz diqqətini uzun müddətli perspektivdə Çinə yönəldib. Şirkətin Çində genişlənmək üçün etdiyi cəhdlər öz əksini Şanxayda tikinti fabrikinin tikilişində tapıb. Həmin dövrdə ABŞ və Çin arasında olan ticarət münasibətlərində pisləşmə müşahidə olunurdu. Tariflərin qalxması "Tesla" ya da təsir edəcək. "Morgan Stanley" in analitiki Adam Jonas elə hesab edir ki, Mask "Tesla" şirkətinə maliyyə dəstəyini göstərmək üçün "SpaceX" dən istifadə edə bilər. Mütəxəssisin fikrincə, sərmayəçilər bu ehtimalı istisna etməli deyillər. Adam Jonas "SolarCity"-ni – günəş batareyalarının istehsalçısını xatırladır. Həmin müqavilə "Tesla" ya 5 milyard dollara başa gəlib: o, 2 milyard səhm buraxaraq şirkətin 3 milyard dollarlıq borcunu öz üzərində götürüb. Mask qeyd edir ki, sərmayəçilərin fikrincə bu müqavilə "SolarCity" ni xilas edib. Ötən ildə "Tesla" günəş batareyaların satış həcminin 36% düşməsi barədə xəbər vermişdir. "Tesla" ilə "SolarCity" nin birləşməsindən sonra, 2016-cı ilin dördüncü rübündə quraşdırmaların sayı 76% azalıb. Banker.az