USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fermerlərə xoş xəbər - Aqrar sığorta könüllü olacaq

04.06.2019 İqtisadiyyat
0 0
“Aqrar sığorta haqqında” qanun layihəsinə ikinci oxunuşda bir sıra dəyişikliklər edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Vurğulanıb ki, qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər irəli sürülüb. Həmin təkliflər də ikinci oxunuşda nəzərə alınıb.

Bununla da, aqrar sığorta sistemi anlayışı daha da təkmillləşdirilib. Layihədə bunun könüllü sığorta kimi həyata keçiriləcəyi əks olunub.

Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanılır. Aqrar sığorta ödənişi haqqında qərar isə sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir. Həmçinin, idaredici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 15 faizindən çox olmamalıdır.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Report