USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi yoxlamaları azalıb, vergi daxilolmaları artıb

04.06.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 262 milyon manat artıb.

"Kommersant.az" xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinə daxilolmalar 3 milyard manatdan çox olub ki, bu da proqnozlaşdırılan göstəricidən 286,5 milyon manat çoxdur.

Nazir müavini əlavə edib ki, səyyar yoxlamaların sayı azalıb:

"Beş ay ərzində cəmi 176 səyyar yoxlama keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə azdır"

  • Əvvəlki

    “Bu vəziyyət dərhal nəzarətə götürülməlidir” - AZAL-A KƏSKİN ETİRAZ

Digər xəbərlər