“Fitch” beynəlxalq reytinq agentliyi dünya bazarında “Brent” markalı neftin 2019-2020-ci illərdə qiyməti ilə bağlı proqnozlarını azaldıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Belə ki, "Fitch" bu il "Brent" neftinin 1 barrelinin orta qiymətini 70 ABŞ dolları məbləğində proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 3 dollar azdır. Agentlik gələn il üçün proqnozunu isə 80 dollardan 76 dollara endirib.
"Fitch"in proqnozlarına yenidən baxması ötən ay əmtəə birjalarından neftin kəskin ucuzlaşması, bu səbəbdən, investorların "qara qızıl"a tələbatının azalması və makroiqtisadi şərtlərdən narahatlığı ilə bağlıdır. Bununla belə, agentlik hesab edir ki, OPEC+ sazişinin iştirakçısı olan ölkələr dünya neft bazarını tənzimləməyə davam edəcək və ilin II yarısında qiymətlər yenidən artmağa başlayacaq.
Report