USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanda deputatların sayı artırılsın!" - Yeni təşəbbüs

07.06.2019 İqtisadiyyat
0 0
Azərbaycanda Milli Məclis deputatlarının sayının artırılması ilə bağlı təşəbbüs irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, bu təkliflə keşmiş deputat Alqış Musayev çıxış edib. YAP üzvü bildirib ki, son vaxtlar növbədənkənar parlament seçkilərindən danışılır. Amma o parlament seçkilərinin vaxtında- 2020-ci ildə keçirilməsinin daha real və məqsədəuyğun olduğunu düşünür:

"Ancaq parlamentin strukturu və deputatların say tərkibiylə bağlı məsələnin referenduma çıxarılması mümkündür. Əslində, buna ehtiyac da var. Yeni şəraitdə deputatların sayının artırılması hazırda bir zərurətə çevrlib.

Düşünürəm ki , Mlli Məclisin iki - yuxarı və aşağı palatadan formalaşması əksəriyyət tərəfindən müsbət qarşılanar.

Yuxarı palataya seçkilər 6 ildən, aşağı palataya seçkilər 3 ildən bir keçirilə bilər.

Fakt budur ki, bu gün normadan kənar siyasi enerji müşahidə olunur. Cəmiyyətin canındakı bu artıq enerji yalnız seçki yolu ilə tənzimlənməlidir".

Yeni Sabah