USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazirdən "ömürlük müavinət" qaydalarına - DƏYİŞİKLİK

09.06.2019 İqtisadiyyat
0 0
Baş Nazir Novruz Məmmədov “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda dəyişikliklər edib.

"Kommersant.az" xəbər verir ki, qaydaların 3-cü hissəsinin birinci cümləsinə, 4-cü hissəsinin birinci abzasına və 8-ci hissəsinə ismin müvafiq hallarında "şəhər, rayon şöbəsi" sözlərindən sonra ismin müvafiq hallarında "və ya "DOST" mərkəzi" sözləri əlavə edilib.