USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Keçmiş icra başçısının meşədə gizlətdiyi mülk üzə çıxdı - FOTOLAR

09.06.2019 İqtisadiyyat
0 0
Salyanın keçmiş icra başçısı Tahir Kərimovun Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Qusar rayon sakinləri məlumat veriblər. Məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan "Alpine Qusar Hotel&Resort" adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində - Qusar çayının sahilində yerləşir.

Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir. Hazırda sözügedən obyekt Tahir Kərimovun qohumları tərəfindən idarə olunur.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Tahir Kərimovun telefon nömrələrinə zəng etsək də, onunla əlaqə saxlamaq cəhdlərimiz alınmayıb.