Şabranın keçmiş polis rəisi Əli Mərdanov "Azərişıq” ASC-də vəzifəyə təyin olunub.
"Kommersant.az" xəbər verir ki, Ə.Mərdanov "Azərişıq" ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır. (APA)
Xatırladaq ki, Ə. Mərdanov bu ilin fevral ayında Daxili işlər naziri Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.