USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya səfiri: "Samur çayı üzərindəki körpünün tikintisi ilin sonuna qədər başa çatdırılacaq"

10.06.2019 İqtisadiyyat
0 0
"Samur çayı üzərindəki yeni avtomobil körpüsünün tikintisi, təxminən, 50% yekunlaşıb".

"Kommersant.az" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

"Samur çayı üzərindəki körpünün tikinti işləri davam edir. İşlərin 50 faizindən çoxu tamamlanıb. İnşaat işləri ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başa çatmalıdır", - o deyib.

Körpü tikmək layihəsi 2013-cü ilin avqustunda Rusiya ilə Azərbaycan hökumətləri arasında imzalanmış saziş çərçivəsində həyata keçirilir.

Yeni körpü 1957-ci ildə tikilmiş mövcud körpünü əvəz edəcək.

Report