USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fiat" və “Renault” birləşə bilər

10.06.2019 İqtisadiyyat
0 0
İtaliyanın “Fiat Chrysler” və Fransanın “Renault” avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər.
"Kommersant.az" xəbər verir ki, danışıqlar bərpa olunduqdan sonra uğurla başa çatarsa, yeni formalaşacaq şirkət Almaniyanın "Volkswagen" və Yaponiyanın "Toyota" şirkətlərindən sonra üçüncü yerdə qərarlaşacaq. Qeyd olunur ki, mayın sonlarında başlayan danışıqlar "Renault" şirkətinə daxil olan "Nissan"ın birləşmə qərarına qarşı çıxmasından sonra dayandırılmışdı. Hazırda "Renault" şirkətinin "Nissan"da payının azaldılması barədə təklif irəli sürülüb. Trend