USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp xəbərdarlıq etdi: Çin prezidenti G-20-yə qatılmazsa gömrük vergiləri artırılacaq

11.06.2019 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp Çini, Dövlət başçısı Si Cinpinin (Xi Jinping) G-20-yə qatılmaması halında gömrük vergiləri tətbiq olunacaq məhsul nisbətinin 60 səviyyələrinə qaldırmaqla təhdid edib.

"Kommersant.az" xəbər verir ki, Tramp Bazar ertəsi günü Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, əlavə gömrük vergilərini 25%-dən daha yüksək bir səviyyəyə qalxa biləcəyini də deyib.

Trampdan Çin ilə G-20 Liderlər Zirvəsində bir görüşmə reallaşmaması halında vergilərin yüksəldilib yüksəldilməyəcəyi soruşulub. Tramp "Bu dərhal yeni tərifələr tətbiq olunacağı mənasına gəlir?" sualına "Bəli, elədir" cavabını verib.

ABŞ Prezidenti Donald Trampın 28-29 İyunda Yaponiyanın Osaka şəhərində 19 ölkə və Avropa Birliyinin qatılması ilə keçiriləcək G-20 Liderlər zirvəsində Çin Dövlət Başçısı Si Cinpin ilə görüşməsi gözlənilir.

ABŞ Prezidenti Tramp, "Məncə Si gələcək və biz görüşmək üçün bir tarix təyin edəcəyik. Məncə gələcək, bizim mükəmməl bir əlaqəmiz var. Əslində Si inanılmaz bir adam, mükəmməl biridir. O çox güclü, çox ağıllıdır" deyib.

Tramp, Çindən idxal edilən məhsulların 35-40%-nə əlavə gömrük vergisitətbiq etdiyini, razılaşma olmaması halında bu nisbətin 60%-ə qalxa biləcəyini söyləyib.

ABŞ Prezidenti Tramp daha əvvəl də yaxın zamanda ticarət razılaşamsı olmasa qalan 300 milyard dollarlıq məhsul üçün də gömrük vergilərinin yüksəldiləcəyini bildirmişdi. Tramp hökuməti keçən ay ABŞ-ın Çindən aldığı 200 milyard dollarlıq məhsul üçün gömrük vergilərini yüksəltmişdir.

Marja.az

  • Əvvəlki

    "Neftin qiyməti 30 dollar/barrelə düşə bilər"

Digər xəbərlər