Son 20 ildə Çinin Afrikaya yardım xərcləri sürətlə artıb. 2018-ci ildə bu rəqəm 15 milyard dollara çatmışdır.
"Kommersant.az" xəbər verir ki, Banker.az-a daxil olan məlumata görə, Prezident Xi Jinping bildirib ki, Pekin "maliyyə və sərmayə əməkdaşlığında heç bir fayda güdmür".
"Journal of Development Economics" ın tədqiqatına görə, Çinin Afrikaya etdiyi yardım, ölkənin siyasi maraqları ilə bağlıdır. 2000-ci ildən 2012-ci ilə qədər Keniya, Gana, Misir, Efiopiya, Cənubi Afrika və Nigeriya daxil olmaqla 49 ölkədə Afrika liderlərinin 1650 inkişaf layihəsi yerinə yetirilib. Ümumilikdə bütün layihələrə 83,3 milyard dollar xərclənib. Qeyd edək ki, ölkə prezidentlərinin hakimiyyəti dövründə yarımların həcmi üç dəfə çox olub.
Göstəriciləri müqayisə etmək məqsədilə 533 layihəyə baxılıb, onların ümumi dəyəri 43,4 milyard dollar təşkil edir.
Xi qeyd edir ki, Çin və Afrika əməkdaşlığı "əhəmiyyətli bəhrə" verə bilər. Qeyd edək ki, Afrika ölkələri Çinin Tayvan məsələsində dəstəkləyirlər.
Afrika ölkələrinə görə, "win-win" tərəfdaşlığı onları real iqtisadi inkişaf yoluna qoyub.
Vurğulamaq lazımdır ki, Çin-Afrika tərəfdaşlığı artan borc, ticarət defisiti, neomüstəmləkə məsələsi və "borc tələləri" üzərində fokuslanıb. Bütün bunlar Çinin Afrikada öz mədəni, iqtisadi və siyasi mövqeyini gücləndirməsi fonunda baş verir.
Pekin qlobal çoxtərəfli strukturlara daxil deyil. Ona görə də müşahidəçilər layihələrin şəffaflığı və dayanıqlığı məsələsini qaldırırlar.