Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti öz işinə başlayır. Trend-in məlumatına görə, zirvə toplantısı 2 gün davam edəcək.
"Kommersant.az" xəbər verir ki, sammitin gündəliyinə ŞƏT bankının yaradılması, müasir təhlükə və çağırışlara qarşı birgə fəaliyyət planlarının müzakirə edilməsi kimi məsələlər daxildir.
Zirvə toplantısına 11 dövlət başçısı qatılacaq. Daha 4 dövlət başçısı isə müşahidəçi qismində iştirak edəcək.