Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.
"Kommersant.az" xəbər verir ki, sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır.
Qeyd edək ki, qanun layihəsində 30-a qədər dəyişiklik edilib, 14 yeni bənd əlavə olunub.
Report