USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Agentlik 2 milyon manatdan çox zərər açıqladı - FOTO

14.06.2019 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 2018-ci ili 1 milyon 812 min manat xalis zərər ilə başa vurub.
"Kommersant.az" Agentliyin illik hesabatına istinadən xəbər verir ki, ötən il Dövlət Dəniz Agentliyinin cəmi gəlirləri 2 milyon 381 min manat, cəmi xərcləri isə 4 milyon 193 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Agentliyin zərəri yaranıb. Həmçinin, ötən il Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsin cəmi gəlirləri 2 milyon 474 min manat, cəmi xərcləri isə 2 milyon 650 min manat təşkil edib. Nəticədə Mərkəz ötən ili 176 min manat zərər ilə bağlayıb. Bundan başqa, ötən il "Nəqliyyat və Texniki –Təminat İdarəsi" publik hüquqi şəxsin cəmi gəlirləri isə 1 milyon 817 min manat, cəmi xərcləri isə 4 milyon 261 min manat təşkil edib. Nəticədə 2 milyon 444 min mnat zərər yaranıb.