USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyulda "OPEC" görüşü keçirilə bilər

17.06.2019 İqtisadiyyat
0 0
"OPEC"-ə (Neft ixrac edən ölkələrin təşkilatı) üzv dövlətlərin nümayəndələrinin görüşü iyul ayının əvvəlində keçirilə bilər.

"Kommersant.az" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşü çərçivəsində deyib. "OPEC"-in növbəti görüşü haqqında sualı cavablandırarkən nazir bildirib ki, "görüş yəqin ki iyul ayının ilk həftəsində keçiriləcək". Nazir bu görüşdə "ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmanı uzatmaq üçün razılıq əldə edə biləcəklərinə" ümid etdiyi bildirib./Trend/