USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan daha 400 avtomobil üçün sifariş aldı

17.06.2019 İqtisadiyyat
0 0
İlin əvvəlindən başlayaraq qeyri-neft sənayesində daha böyük fəallıq avtomobil istehsalı sahəsində müşahidə olunub.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, ölkədə istər minik, istər yük avtomobillərinin istehsalı ildən-ilə artır.

Ş.Mustafayev qeyd edib ki, Neftçala Sənaye Parkında 2018-ci ildən fəaliyyət göstərən "Xəzər" avtomobil zavodunda bu ilin ilk rübündə 1600 minik avtomobili istehsal olunub. Həmin avtomobillərin də böyük əksəriyyəti artıq satılıb. Müəssisə daha 400 avtomobil üçün sifariş alıb.