USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağstafada "Qara Pomidor" yetişdirilir - Faydaları nədir? - FOTO

18.06.2019 İqtisadiyyat
0 0
"Karvan L Eko" MMC-nin Ağstafa rayonunda yerləşən istixanasında becərilən məhsullar orqanik şəraitdə və bu sahədə qəbul olunmuş qaydalar əsasında yetişdirilir.

Müasir kulinariyada pomidor ən çox istifadə olunan tərəvəzlərdən biridir. Bu tərəvəz əvvəllər təkcə yaz və yay aylarında hər bir süfrənin əvəzedilməz atributu olsa da, hal- hazırda istixanamızın əsas məqsədi il boyu əhalini ekoloji təmiz məhsulla təmin etməkdir.

"Kommersant.az" xəbər verir ki, əkin üçün seçilmiş torpaqlar şirkətin laboratoriyasında analiz edilir və tam aqrokimyəvi göstəricilərə uyğundur. Yetişdirilən məhsullar dağ suyu ilə suvarılır. Bitkiləri tozlandırmaq üçün arılardan istifadə olunur. Bitkilərin qidalı mühitdə yetişməsi üçün torpaq davamlı olaraq təbii gübrələrlə münbitləşdirilir.

Pomidor meyvələri makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, organizmə hərtərəfli müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, son dövrlərdə alimlərin apardıqları tədqiqatların nəticəsində pomidor meyvələrinin xərçəng, böyrək daşı, ürək və damar xəstəliklərinin profilaktik müalicəvi xüsusiyyətə malik olması aşkarlanmışdır.

Pomidorun tərkibində olan ən əsas antioksidant xassəli maddə likopindir. Bu maddə insan orqanizmində xəstəliyə yol aça biləcək sərbəst radikalları məhv edir. Pomidor meyvələrində B9 (Foli turşusu), A (karotin), C (askorbin turşusu), PP(nikotin turşusu), B 1(tiamin) və B 2 (riboflavin) vitaminləri mövcuddur. Pomidor qida məhsulu kimi orqanizmdə yaratdığı enerji (160-200kkal/ kq) çox olmasa da, insan üçün faydalılığı tərkibində olan bioloji aktiv maddələrlə və mineral duzlarla zənginliyindədir. Belə ki, bir stəkan pomidor sirəsində sadəcə 30 kalori və 0.5 qram yağ var.

Hazırda pomidorun "Kumato" və "Pink Paradise" sortları şirkətimiz tərəfindən yetişdirilir. Qara rəngi ilə seçilən pomidor kateqoriyasına aid olan "Kumato" sortu özünəməxsus dadı ilə bütün dünyada məşhurdur. Onun meyvələrində şəkərin miqdarı yüksək olub, meyvələrin dad keyfiyyəti şəkər-turşu nisbətində harmoniya təşkil edir. Yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərinə əlavə olaraq, antosianlar immun sisteminin fəaliyyətini sürətləndirir, qan damarlarını gücləndirir və bədəndəki şişkinlikləri azaldır.

Orqanik məhsullarımızı əldə etmək üçün aşağıdakı əlaqə vasitələrini istifadə edərək "Karvan L Eko" MMC-ə müraciət edə bilərsiniz.

  • Əvvəlki

    İtaliyanın dövlət borcu rekord həddə

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0