USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankı Gürcüstana 62 mln. dollar kredit ayırdı - Energetika sahəsi inkişaf etdirilir

18.06.2019 İqtisadiyyat
0 0
Dünya Bankı (DB) Gürcüstanın energetika sisteminin inkişafına 62 mln. dollar kredit ayırıb.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı DB ilə Gürcüstanın Maliyyə Nazirliyi arasında saziş imzalanıb.

Sənədi DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon və Gürcüstanın maliyyə naziri İvane Maçavariani imzalayıb.

Layihənin məqsədi Gürcüstanın qərbində enerji təminatının etibarlılığının artırılması və Gürcüstanın Dövlət Elektrosisteminin maliyyə sağlamlaşdırılmasıdır.

M.Tembon bildirib ki, layihə Gürcüstanın regionlarında enerji təminatını gücləndirəcək və elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına kömək edəcək.

İ.Maçavariani DB-nin Gürcüstanın energetika sektorunu dəstkləməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, layihə yekun nəticədə vətəndaşların rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək.

Banker.az