USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mobil rabitədə dələduzluq - "AZERCELL"DƏN AÇIQLAMA

18.06.2019 İqtisadiyyat
0 0
Son zamanlar "Azercell" müştərilərinə gələn xarici zənglər abunəçiləri narahat etməyə başlayıb. Zənglər ən çox Avropa ölkələrindən və ABŞ-dan gəlir. Şirkət hətta bununla bağlı öz abunəçilərinə xəbərdarlıq mesajı da yollayıb. Bəs xaricdən gələn müəmmalı zənglərin səbəbi nədir?
"Kommersant.az" xəbər verir ki, "Azercell Telekom" MMC-nin mətbuat xidmətindən bildiriblər ki, bir müddətdir beynəlxalq istiqamətlərdə mobil rabitədə dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin fəallaşması müşahidə olunur. Şirkət bu halların mümkün qədər qarşısının alınması üçün zəruri tədbirlər görür: "Son zamanlar beynəlxalq istiqamətlərdən mobil rabitədə dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin fəallaşması halı müşahidə olunduğundan, bu məlumatın yayılması zərurəti ortaya çıxıb. Abunəçilərin belə şübhəli məzmunlu zəngləri cavablaması və ya bu nömrələrə geri zəng etməsi, onların nömrələrinin hesabından şirkətimizdən qaynaqlanmayan səbəblərdən vəsait itkisinə gətirib çıxarır". Şirkət qeyd edib ki, abunəçilərdən gələn sorğular araşdırılır, bu kateqoriyadan olan nömrələrə geri zəng edilməsi imkanına qadağa qoyulur: "Eyni zamanda, aidiyyəti dövlət qurumlarına və beynəlxalq zənglərin həyata keçirilməsini təmin edən təşkilatlara, bizim barəsində danışdığımız zəngSMS-lər ilə sui-istifadə hallarına yol verilməsi və bununla bağlı müvafiq tədbirlər görülməsi üçün müraciət edilir". Marja.az