USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ARDNŞ Türkiyədə 5 şirkəti idarə etmək üçün yeni şirkət yaratdı

19.06.2019 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Almaniyanın “EWE A.G” şirkətindən alınmış 5 Türkiyə şirkətinin idarə oluması üçün “SOCAR Turkiye Dogal Gas Yatirim AS” şirkətini yaradıb. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
"SOCAR-ın sərəncamına keçən "Bursagaz", "Kayserigaz", "Enervis", "EWE Enerji" və "Millenicom" şirkətlərinin idarə olunması üçün "SOCAR Turkiye Dogar Yatirim AS." şirkəti yaradılıb. Şirkətin direktoru Günter Seymus təyin edilib",- deyə məlumatda bildirilir. G.Seymus 10 ildən çoxdur Türkiyədə və digər ölkələrdə SOCAR-ın biznesinin inkişafın məsələləri ilə bağlı müxtəlif vəzifələrdə çalışılb. O, 2016-cı ilin may ayından "SOCAR Turkiye Energy" şirkətinin baş direktorunun müşaviri olub. SOCAR cari ilin yanvar ayında "EWE A.G" enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən "EWE Turkey Holding"in və qrupa daxil olan şirkətlərin satın alındığını elan edib. EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınması prosesi iyunun 17-də yekunlaşıb. Türkiyə KİV-nin məlumatına görə, sövdələşmənin dəyəri $140-150 mln. təşkil edir. Hazırda "SOCAR Turkey Enerji" "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin (51%) sahibidir. "Star" neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara da qaz tədarük edir. İnterfaks-Azərbaycan
  • Əvvəlki

    Palata bu şirkəti 30 min avro cərimələdi

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0