ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə qərar FED-in 18-19 iyun tarixlərində keçirilən iclaslarının yekununda qəbul olunub.
FED həmçinin ABŞ-ın 2019-cu ildə ÜDM artımı üzrə proqnozunu 2,1% səviyyəsində saxlayıb, 2020-ci il proqnozunu isə 1,9%-dən 2%-dək artırıb.
Qeyd edək ki, 2018-ci ildə FED faiz dərəcəsini mart, iyun, sentyabr və dekabr aylarında olmaqla dörd dəfə qaldırıb. Sonuncu dəfə artım 0,25 faiz bəndi təşkil edib.