USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda şirkət rəhbəri cəzalandırıldı - İşçini qanunsuz işdən qovduğu üçün

20.06.2019 İqtisadiyyat
0 0
“Tomstil” MMC-nin direktoru Gülşən Mehdiyeva inzibati qaydada cərimə edilib.
O, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib. Bu əmələ görə, vəzifəli şəxslər üçün 500 manatdan 2000 manatadək cərimə cəzası nəzərdə tutulub. Nəsimi Rayon Məhkəməsinin 12.06.2019 tarixində verdiyi bu qəraran şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Qeyd edək ki, "Tomstil" MMC geyim və aksesuarların dizaynı və istehsalı ilə məşğul olur.