USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və Çin arasında gözlənilən danışıqlar fonunda neft bahalaşır

20.06.2019 İqtisadiyyat
0 0
İyunun 20-də səhər saatlarında ABŞ və Çin arasında ticarət danışıqlarının bərpa edilməsi, eləcə də OPEC+ ölkələrinin görüşünün gözlənilməsi fonunda neft katirovkaları artıb.
"Kommersant.az" xəbər verir ki, saat 9:15-ə olan məlumata görə, "Brent" markalı neftin avqust fyuçersləri London birjasında 62,68 dollar/barel səviyyəsində satılıb və bu çərşənbə gününün bağlanış sessiyasındakı göstəricidən 0,86 dollar (1,39%) çoxdur. WTI markalı neftin iyul fyuçersləri isə 0,68 dollar (1,26%) artaraq, bir barrel üçün 54,44 dollara çatıb. "İki əhəmiyyətli hadisənin - ABŞ-Çin ticarət danışıqları və OPEC+ ölkələrinin Vyana görüşünün gözlənilməsi, eləcə də ABŞ-da ehtiyatların azalması barədə məlumatlar bazarda qiymətlərin artmasına şərait yaradır", - "Hi Investment & Futures Corp."un xammal sektoru üzrə analitiki Sunqhil Uill Yun deyib. Qeyd edək ki, iyunun 14-də başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatları 311 milyon barel azalaraq 482,4 milyon barrelə çatıb. Bu azalma göstəricisi ötən beş ilin bu dövrü üzrə orta səviyyədən 7 faiz çoxdur. ABŞ-da benzin ehtiyatları keçən həftə 1,69 milyon barrel azalıb. Federal Ehtiyat Sistemin (FED) iyunun 18-19-da keçirilmiş iclasdan sonra tonunun dəyişməsi fonunda ABŞ dollarının bütün əsas valyutalara qarşı zəifləməsi də neft bazarına müəyyən dəstək təmin edir. "Neft bazarı üçün monetar yox, daha çox büdcə siyasəti daha vacib katalizator rolu oynayır", - "CFRA Research"ün analitiki Stiven Qlikman "MarketWatch"a bildirib. Çərşənbə günü OPEC+ ölkələrinin qarşıdakı görüşü iyulun 1-2-nə keçirməyi qərara aldıqları məlum olub. Bu görüşdə neft hasilatının məhdudlaşdırılması üzrə sazişin müddətinin uzadılıb-uzadılmaması və hansı şərtlərlə bunun edilməsi barədə qərar qəbul edilməlidir. Report