Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.
"Kommersant.az" xəbər verir ki, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Xatırladaq ki, Azərbaycanın 8-ci daxili işlər naziri olan Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunus qəsəbəsində anadan olub. O, 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.